28 Fevral 2023 10:44
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Sanel Nəsirov və Sərxan Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov