20 Mart 2023 08:59
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda saxlanılan paytaxt sakinlərindən 12 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredən xassəyə malik həblər aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirrilib .

Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı Bakı şəhər sakinləri Oktay Quliyev və Marif Quliyev saxlanılıblar.

Keçirilən baxış zamanı O.Quliyevin əlindəki qara rəngli torbadan və M.Quliyevin üzərindən ümumilikdə 5 kiloqramdan artıq heroin, 4 kiloqram həşiş qətranı, 3 kiloqram marixuana və 250 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə rayon ərazisində narkotik vasitə və psixptrop maddələrin satışını təşkil etməkdə şübhəli bilinən Şəhriyar Əliyev saxlanılıb.

Keçirilən baxış zamanı onun yaşadığı evdən külli miqdarda müxtəlif növ güclü təsiredən xassəyə malik narkotik vasitələr, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com