28 Mart 2023 00:45
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında Ümrə zəvvarlarını daşıyan avtobus qəzaya düşüb. Sərnişin avtobusu ölkənin cənub-qərbində Abha və Mühayil Əsir şəhərləri arasındakı körpüyə çırpılıb.

Teleqraf.com xəbər verir ki, avtobusun aşması və alovlanması nəticəsində 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Yəmən mediasının məlumatına görə, qəzaya uğrayan avtobus Yəmən Ümrə ziyarətçilərini daşıyırmış.

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik heç bir rəsmi açıqlama verilməyib.


Müəllif: Teleqraf.com