Bakıda yolun əks istiqamətində maşın sürən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
O bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq arxaya doğru hərəkət edən avtomobilin sürücüsü bir neçə maşını əzib. Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.
Qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.