Xəzər rayonu Binə qəsəbəsi sakini 18 yaşlı Şəfa İsgəndərli aprelin 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu barədə həmin şəxsin valideynləri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə məlumat veriblər.
İtkin düşən şəxs evdən çıxan zaman əynində qara rəngli kurtka, şalvar və köynək olub.
“Şəkildə gördüyünüz Şəfa İsgəndərlinin yeri barədə məlumatı olan şəxslərdən Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə və 012-590-72-03, 012-456-03- 02, 055-751-59-82, 055-215-21-20, 050-257-55-55 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.