31 May 2023 22:05
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda təbii fəlakət nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

Onun sözlərinə görə, avtomobilin üzərinə ağac düşməsi nəticəsində ölən şəxs kimi təqdim edilən rayon sakini, 1959-cu il təvəllüdlü F. Abdullayev ürəktutmadan dünyasını dəyişib.

Rayonun Mırtı kənd sakini olan bir nəfər üzərinə ağac budağı aşması, Qarabaqqal kəndində bir nəfər isə evin uçması nəticəsində xəsarət alıblar.

20:41

Göyçay rayonunda güclü külək və qasırğa 2 nəfərin ölümünə səbəb olub, yaralananlar var.

Teleqraf.com xəbər verir ki, onlardan biri avtomobildə olan zaman üzərinə ağac aşıb, digəri isə evin uçması nəticəsində dünyasını dəyişib.

Bundan əlavə, Mırtı və Qarabaqqal kəndlərində yaralananların olduğu bildirilir


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər