10 İyun 2023 21:53
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi ilə üz-üzə qalan şəxs xilas edilib.

FHN-dən Teleqraf.com-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü Kurkin Aleksandr Aleksandroviç dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər