Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, iyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.
Əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.