24 İyul 2023 17:08
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən qapalı prosesdə istintaq orqanını təqdimatı təmin olunub.

Qubad İbadoğlunun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

16.00

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçiləməsi üçün məhkəməyə gətirilib.

Teleqraf.com xəbər verir ki, bu saatlarda təqdimat üzrə məhkəmənin keçiriıcəyi gözlənilir.

***

10.56

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun barəsində həbs qətimkan tədbirinin seçiləməsi üçün bu gün məhkəmə prosesi keçirləcək.

Teleqraf.com xəbər verir ki, həbs qətimkan tədbirinin seçilməsi üçün Nərimanov rayon Məhkəməsinə təqdimat verilib.

Yaxın saatlarda təqdimata baxılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib.

Həmin ifadə əsasında Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

Qubad İbadoğlunun barəsində Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Daha sonra ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər