Bakı şəhərinin Suraxanı rayonunda sexin ərazisində ümumi sahəsi 50 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, 1 ədəd plastikdən ibarət pəncərəsi və həcmi 1 m³ olan yanacaq çəninin içərisində olan yanacaq yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan 9 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb.
Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.