Abşeronda 25 yaşlı qadın qətlə yetirilib, cinayət işi açılıb.
Bu barədə Teleqraf.com-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 24-də Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***
14:21
Abşeron rayonu, Masazır qəsəbəsində 25 yaşlı İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 28 yaşlı Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.