TƏBİB-in Qusar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamran Paşayev axşam saatlarında vəfat edib.
Teleqraf.com xəbər verir ki, xəstəxananın mətbuat xidmətinin rəhbəri Anjela Zalovanın verdiyi məlumata görə, Kamran Paşayev bu gün işdə olub, saat 18-də işdən evə, Qubaya gedib.
Özünü yaxşı hiss etmədiyindən Quba rayon mərkəzi xəstəxanasına gedib və orada ürək tutmasından keçinib.