Xalq rəssamı Tahir Salahovun rəssam qızı Alagöz Salahova 70 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu Dan Salahov sosial şəbəkə hesabında bildirib.
O, anasının 6 ay ölkə xaricində və Bakıda müalicədə olduğunu qeyd edib.
A. Salahovanın dəfn mərasimi sentyabrın 21-də Bakıda keçiriləcək.
Qeyd edək ki, A. Salahova T. Salahovun özbək rəssam Vansetta Qarayaqubova ilə evliliyindən dünyaya gəlib.