Türkiyədə 117 tələbə qidadan zəhərlənib.
Teleqraf.com xəbər verir ki, Isparta Süleyman Dəmirəl Universitetinin Şərq Kampusunda yerləşən Kredit Yurdular Təşkilatına bağlı Bədiüzzaman Səid Nursi Qız Yataqxanasında qalan tələbələrin qəfil halı pisləşib.
117 tələbə ürək bulanması, qarın ağrısı və ishal şikayətlərilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanalara müraciət edən tələbələrin hamısı təcili yardım şöbələrində müalicə olunub və ambulator müalicəyə göndərilib. Faktla bağlı araşdırma aparılır.