Dəşkəsən rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib.
1942-ci il təvəllüdlü Gila Sətdarova və onun nəvəsi, 2006-cı il təvəllüdlü Nərmin Sətdarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər.
Dərhal onlara tibbi yardım göstərilib,vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə nənə və nəvə yaşadıqları evin hamında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.