3 Dekabr 2023 21:56
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yol kənarında, “3 yol” deyilən ərazidə naməlum kişi meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, üzərində xəsarətlər olan meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə aparılıb.

Onun şəxsiyyəti hələ məlum deyil. İlkin ehtimala görə, həmin şəxs avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər