12 Yanvar 18:23
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, xəbərdarlığa əsasən, sabah səhər saatlarında Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhər səhərə kimi davam edəcək.

Açıq dənizdə küləyin surəti arabir 30-32 m/s-dək güclənəcək.

Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər