Ukraynada Rusiya işğalına qarşı döyüşən daha bir azərbaycanlı həlak olub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkələrdə 2001-ci il təvəllüdlü azərbaycanlı Murad Babayevin həlak olduğu barədə məlumat və videogörüntülər yayılıb.
Xəbərdə qeyd olunur ki, Babayev Murad 2024-cü il yanvarın 28-də Donetsk vilayətinin Pokrovsk rayonunun Novomixaylovka kəndi ərazisində döyüş tapşırığı yerinə yetirərkən qəhrəmancasına həlak olub