11 Fevral 13:36
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Nəsimi Mübariz oğlu Umbayevi vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com