20 Fevral 10:40
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda icra nümayəndəsi yol qəzasında ölüb.

Teleqraf.com xəbər verir ki, gecə saat 1 radələrində 1985-ci il təvəllüdlü Ağdam rayon icra hakimiyyəti başçısının Əlimədətli kənd inzibati ərazi nümayəndəsi işləyən Cabbarov Fərrux Nazim oğlu Xındırıstan kəndi istiqamətində "Lada Priora" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək onu ağaca çırpıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Məlum olub ki, F.Cabbarov avtomobili sürücülük hüququ və etibarnamə olmadan idarə edib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər