Hindistanda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 25 min nəfər əhalisi olan Padam şəhərindən 35 km cənubda, 21 km dərinlikdə yerləşib.
Tələfat barədə məlumat verilməyib.