24 İyul 20:49
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Tavuş rayonunun Kirants sərhəd kəndində traktor minaya düşüb.

Teleqraf.com xəbər verir ki, traktorun sürücüsü yüngül xəsarət alıb.

Məlumata görə, traktor sərhəddə mühəndis işləri apararkən minaya düşüb. Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş sürücü isə İcevan şəhər xəstəxanasına çatdırılıb. Onun vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər