Baxdığı uşağa xəsarət yetirməkdə təqsirləndirilən dayə barədə qərar qəbul edilib.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Məhkəmə müəyyən edib ki, dayə uşağa baxmalı olduğu vaxt onu dişləyib. Eyni zamanda, o, "tərbiyə məqsədi ilə" azyaşlıya əzab verib. Qadının niyə və hansı şəraitdə bu üsulu seçdiyi barədə məlumat verilmir.
Məhkəmə rusiyalı qadını təqsirli bilib və onun barəsində 20 min rubl cərimə ödəmək cəzası təyin edib.