15:48
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabadad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər