Yaxın günlərdə Akademik Milli Dram Teatrından işdən ayrılan aktyor Ziya Ağanın “M-Teatr”da tamaşaları təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Ziya Ağanın səhhətində yaranan problem olub.
Belə ki, aktyorun dizindəki zədəsinə görə oktyabr repertuarına daxil olan "İnstinkt", "Yad Qadının məktubu", "Ovod" tamaşaları təxirə salınıb.