Biz Ukrayna məsələsində İranın mövqeyini başa düşməliyik, çünki bu yolla dövlət başçısı Məsud Pezeşkian öz ölkəsini xilas etməyə çalışır.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
“Bu, sadəcə siyasətdir. Biz bilirik ki, İranın vəziyyəti indi ağırdır. Pezeşkianın Rusiya ilə normal dialoqu var. O, bu yolla ölkəsini xilas etməyə çalışır. Mən başa düşürəm, siyasət elə bir məsələdir ki, harada və nə vaxt kiminlə olduğunu müəyyən etmək çətindir. Rusiyanın çoxlu dostu var, amma iki müttəfiqimiz var. Biz buna anlayışla yanaşmalıyıq” – Kolesnik deyib.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxışı zamanı ölkəsinin Ukraynadakı silahlı münaqişəni dəstəklədiyini deyib. Bundan başqa o, Rusiyanın hərəkətlərini heç vaxt bəyənmədiyini də vurğulayıb.