25 Oktyabr 13:19
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Ayaks" (0:3) oyununu izləməyə gedən Rəşad Sadıqov matç başa çatdıqdan sonra stadion ərazisini tərk edərkən avtomobil qəzası keçirib.

Teleqraf.com Oxu.Az-a istinadla xəbər verir ki, qəza zamanı R.Sadıqovun "Range Rover" markalı avtomobilinə maddi ziyan dəyib.

"Zirə" klubundan verilən məlumata görə, hadisə zamanı Rəşad Sadıqov heç bir xəsarət almayıb.

Daha sonra avtomobil evakuator vasitəsilə hadisə yerindən götürülüb:

"Rəşad Sadıqovun vəziyyəti yaxşıdır və hansısa ciddi bir xəsarəti yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər