25 Oktyabr 08:44
274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda "Opel" və "VAZ-21015" markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər