Bu gün səhər saatlarında balıq tutmaq üçün dənizə gedən Lənkəran rayonunun Siyavar kənd sakinləri geri qayıtmayıblar.
Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasovun ailələri onların tapılması üçün polisə müraciət ediblər.
Hazırda Sahil Mühafizə Hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir ki, balıqçılıqla məşğul olublar.