Avstraliyada yüngül mühərrikli təyyarə təbiət qoruğunun ərazisində yerləşən timsahlarla dolu gölə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli "NEWS.com.au" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 12-də Darvin şəhərindən 67 km aralıda baş verib.
Jurnalistlərin məlumatına görə, təyyarənin göyərtəsində iki nəfər - 63 yaşlı pilot və 29 yaşlı qadın sərnişin olub. Təyyarənin pilotunu xilas etmək mümkün olmayıb, qadın helikopterlə xəstəxanaya çatdırılıb.