11 Aprel 2015 19:03
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən sabiq daxili işlər naziri İsgəndər Həmidov doğum günün qeyd edib.

Sabiq nazirin 67 yaşı tamam olub. Sosial şəbəkələrdə çoxlu sayda insan İsgəndər Həmidovu təbrik edib, ona uzun ömür arzulayıb. Ancaq apardığımız müşahidələr zamanı bəlli olub ki, uzun illər Həmidovla bir cəbhədə addımlayan partiya sədrləri və funksionerləri sabiq naziri təbrik etməyiblər.

Bunun da özəl səbəbləri var. İş ondadır ki, İsgəndər Həmidov ölkə daxili və xaricində baş verən məsələlərə fərdi şəkildə öz mövqeyini bildirir, bu zaman daha çox ölkənin və millətin maraqlarını nəzərə alır. Məsələn, Həmidov xarici təşkilatlarla işləmək, onlarla əməkdaşlıq etmək kimi məsələlərə heç vaxt isti yanaşmayıb. Bu da, şübhəsiz ki, onun keçmiş dostlarının xoşuna gəlmir. Odur ki, vaxtilə AXC-də ən nüfuzlu şəxslərdən biri olan sabiq naziri indi AXC-nin varisi olan AXCP rəhbərliyi təbrik etməyib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər