17 Aprel 2015 12:31
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maltanın Baş naziri Jozef Muskat aprelin sonunda Azərbaycana gələcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Maltanın hökumət rəhbəri forum çərçivəsində müzakirələrə qatılaraq “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda çıxış edəcək.

Qeyd edək ki, J.Muskat 2014-cü ilin dekabr ayında Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Xatırladaq ki, uzun illər radio jurnalisti kimi fəaliyyət göstərən 41 yaşlı J.Muskat sonradan siyasətlə məşğul olaraq deputat seçilib, Leyboristlər partiyasına rəhbərlik edib. 2013-cü ilin martından isə ölkənin baş naziri vəzifəsinə təyin olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər