20 Aprel 2015 18:23
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı mövqeyi ədalətdən uzaqdır”.

Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bu qətnaməyə səs verən deputatlar Avropa Parlamentində azlıq təşkil edirlər. Onun sözlərinə görə, sənəd Avropa Parlamentinin azlıq təşkil edən deputatlarının səyi ilə qəbul olunub.

“Ona görə də, bu qərar ciddiyə alınmamalıdır. Bu qətnamədə tarixi həqiqətlər tamamilə yanlış formada çatdırılır. Avropa Parlamentinin qəbul etdiyi qərarda heç bir əsas yoxdur. Çünki Türkiyə dəfələrlə bu məsələ ilə bağlı arxivlərini açmağı təklif edib. Amma haqqı, ədaləti axtarmaq, erməni siyasətinə, onların mövcud durumuna uyğun gəlmir”, – deyə R.Rzayev qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər