30 Aprel 2015 15:59
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı partiyanın mənzil-qərargahında qəbul edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə YAP-ın saytı məlumat yayıb.

Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında əlaqələrin bundan sonra da inkişafına töhfə verəcək.

Tanışlıq xarakteri daşıyan görüşdə Ə.Əhmədov YAP-ın ölkənin ictimai-siyasi həyatında yeri və gələcək fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Syuzan Çesli də iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər