30 Aprel 2015 18:27
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rauf Əliyev: “Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir”

“Azərbaycanda sürətli inkişaf davam etdikcə, onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkrli kampaniyalar aparmağa başlayıblar”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, I Avropa Oyunlarının başlanmasına az bir vaxt qaldıqca bu təzyiqlər və iftiralar daha da güclənir. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. “ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş 907 saylı qətnamənin müəllifi kimi o həmişə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb. Maraqlı burasıdır ki, daim insan hüquq və azadlıqlarının müdafiəsindən danışan Con Kerrinin öz ölkəsində amerikalı qaradərili vətəndaşlarının hüquqları elə dövlətin asayiş keşişçiləri – polisləri tərəfindən mütəmadi olaraq kobud sürətdə pozulur. Baltimorda baş verən son ölüm hadisəsindən sonra bas vermiş kütləvi ixtişaşlar səngimək bilmir. Artıq şəhərdə komendant saatı təyin edilib. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən Amerikanın üzdəniraq ideoloqlarının siyasəti iflasa uğrayır. Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq, Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulan bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək”, – deyə, R.Əliyev vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər