Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bu ölkənin geniş tamaşaçı auditoriyasına malik “Qahirə-2” televiziya kanalına müsahibə verib.
Ş.Abdullayev müsahibəsində hər bir ölkənin demokratik inkişafa çatması üçün müəyyən mərhələləri keçərək, özünəməxsus təcrübə qazandığını deyib. Səfir bu baxımdan Azərbaycanın tarixində iki dəfə müstəqillik əldə etdiyini vurğulayıb. Azərbaycanın birinci dəfə 1918-ci ilin mayın 28-də Çar Rusiyasından azad olduğunu, iki illik müstəqillikdən sonra yenidən Sovet İttifaqının tərkibinə daxil edildiyini və ikinci dəfə 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb.