17 May 2015 19:03
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Şuranın mayın 31-nə təyin etdiyi mitinqin heç bir nəticə verməyəcəyini düşünür.

A.Əlizadə Trend-ə bildirib ki, Milli Şura üzvlərinin vaxtı çoxdan keçib: “Onlar canlı meyitdirlər. Onların dövrü o zaman getdi ki, mitinqlərə pulla adam gətirməyə başladılar. Onlar özləri də vaxtlarının keçdiklərini dərk edirlər, sadəcə, gündəmdə qalmaq, maliyyə mənbələrindən uzaq olmamaq üçün guya öz fəaliyyətlərini davam etdirirlər”.

O, qeyd edib ki, ötən mitinqlər göstərdi ki, artıq insanlar arasında bunlara etimad qalmayıb: “Ötən mitinqlərdə olduğu kimi, bu mitinqə də insanlar gəlməyəcək. Özümüzü qoyaq xalqın yerinə - adamı nə qədər aldatmaq olar?”


Müəllif:

Oxşar xəbərlər