18 May 2015 10:00
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçirilir. İclasda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlardan Musa Quliyev, İlham Məmmədov, Sədaqət Vəliyeva və Sevinc Hüseynova iştirak edəcəklər.

Tədbirdə “Qanunvericilikdə və onun tətbiqində sosial hüquqlar”, “Sosial hüquqlarla bağlı standartların həyata keçirilməsi sahəsində çağırışlar və imkanlar” mövzularında müzakirələr aparılacaq.

Müzakirələrdə Milli Məclisin deputatları çıxış edəcək, bu sahələrdə Azərbaycan təcrübəsi barədə məlumat verəcəklər.

Nemət


Müəllif:

Oxşar xəbərlər