“Azərbaycan Cənubi Qafqazda bizim sülhməramlı müttəfiqimizdir”. Bu sözləri “opinion-internationale.com” saytına müsahibəsində Fransa Senatının üzvü Natali Qule deyib.
Senator bildirib ki, tənqidçilər Azərbaycanda “demokratik keyfiyyətlər”in tanınmadığını iddia edirlər. “Azərbaycan 24 yaşı olan çox gənc bir ölkədir. O, aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”, – deyə Fransa Senatının üzvü söyləyib.
Senator qeyd edib ki, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir.
“Heç nə bir günə tikilə bilməz. Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Amma anti-kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir ölkədə keçirilən Oyunlarda iştirak edir. Həmçinin Ermənistan Azərbaycan hökümətinin və erməni idmançılarının cəsarətli addımı sayəsində bu Oyunlarda təmsil olundu,” – deyə N.Qule əlavə edib.
Səxavət