14 Avqust 2015 11:42
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Azərbaycanda seçkilərin şəffaf keçirilməsi istiqamətində atılan addımları alqışlayır.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Mərkəzi Seçki Komissiyası ilə Aİ-nin Bakıda birgə təşkil etdiyi seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, noyabr ayında Azərbaycanda keçiriləcək növbəti parlament seçkisi ölkəyə diqqəti artırıb və beynəlxalq müşahidəçilər bu seçkini diqqətlə izləyəcək.

M.Mard əlavə edib ki, Aİ Azərbaycanda və digər ölkələrdə seçki prosesinin daha yaxşı səviyyədə keçirilməsi üçün dəstək göstərməyə hazırdır.

M.Mard vurğulayıb ki, Bakıda keçirilən bu seminar Azərbaycanın digər rayonlarında da keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər