Müsavat Partiyasının mətbuatda açıqlanan namizədlər siyahısında vaxtilə partiyanın parlamentəki təmsilçisi İltizam Əkbərlinin adı qeyd olunmayıb. Teleqraf.com məsələyə aydınlıq gətirmək üçün İ.Əkbərlinin özü ilə əlaqə saxlayıb.
Sabiq deputat bildirib ki, onun adının siyahıda göstərilməməsi texniki səhvdir: "Mən Müsavat Partiyasının 79 saylı İmişli seçki dairəsi üzrə namizədiyəm. Bilirsiniz ki, 2005-ci ildə mən bu dairədən deputat seçilmişəm. 2010-cu ildə isə namizədliyim qeydə alınmayıb. Bu dəfə yenidən namizədliyimi həmin dairədən irəli sürəcəm. İmzatoplama kampaniyası zamanı imza vərəqələrinə ciddi nəzarət olunacaq ki, sonradan heç bir problem ortaya çıxmasın".
Ayxan