Respublikaçı Alternativ Hərəkatı (REAL) 1 noyabr parlament seçkiləri ilə bağlı namizədlər siyahısını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, hərəkatın icra katibi Natiq Cəfərli bu gün keçirilən mətbuat konfransında bildirib ki, 17 dairə üzrə namizədləri olacaq: "Əsas məqsəd seçkilərdə iştirak etmək və bu fürsətdən istifadə edərək insanlarla təmas qurub ölkədəki problemləri cəmiyyətin diqqətinə çatdırmaqdır".
Teleqraf.com REAL-ın siyahısını təqdim edir:
1. Natiq Cəfərli – 12 saylı Qaradağ Seçki Dairəsi
2. Erkin Qədirli – 16 saylı Yasamal Seçki Dairəsi
3. Xalid Bağırov – 24 saylı Nizami Seçki Dairəsi
4. Azər Qasımlı - 23 saylı Nəsimi Seçki Dairəsi
5. Zöhrab İsmayıl – 8 saylı Binəqədi Birinci Seçki Dairəsi
6. Cəsur Məmmədov - 27 saylı Sabunçu Seçki Dairəsi
7. Vəfa Rüstəm – 15 saylı Yasamal Birinci Seçki Dairəsi
8. Mübariz Rəhimli - 19 saylı Nərimanov Birinci Seçki Dairəsi
9. Şadiman İsmayılov - 14 saylı Xəzər Seçki Dairəsi
10. Hafiz Babalı – 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi
11. Ramil Süleymanov – 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi
12. Kənan Məkanlı - 43 saylı Sumqayıt Üçünçü Seçki Dairəsi
13. Rafiq Muradov – 107 saylı Qazax Seçki Dairəsi
14. Hacıbala Bayramov - 52 saylı Quba Seçki Dairəsi
15. Azay Vəlixanov - 56 saylı Xaçmaz Kənd Seçki Dairəsi
16. Əlayif Həsənov – 92 saylı Zərdab–Ucar Seçki Dairəsi
17. Mikayıl Talıbov - 77 saylı Astara Seçki Dairəsi
Onu da bildirək ki, REAL “D-18” Hərəkatının sədri Ruslan İzzətlinin 33 saylı Xətai Birinci Seçki Dairəsindən namizədliyini dəstəkləyəcək.
REAL Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədovun namizədliyi isə irəli sürülməyib.