18 Sentyabr 2015 12:09
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq-2015” seçki blokunun noyabrın 1-də keçiriləcək parlament seçkilərini baykot edəcəyi barədə səsləndirilən fikirlər inandırıcı deyil. Bu blok sonadək seçkilərdə iştirak edəcək. Baykot çağrışları səsləndirməklə blok sadəcə iqtidara təzyiq göstərib, bu minvalla hansısa istəklərini reallaşdırmağa ümid edir”.

Teleqraf.com xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü Əli Orucov “Azadlıq-2015” blokunun da seçkiləri baykot edəcəyi barədə gəzən idiialar münsibət bildirərkən deyib.

Partiya yetkilisnin fikrincə, “Ümumiyyətlə baykot taktikası düzgün taktika deyil və bunu Azərbaycanda həyata keçirmək mümkün deyil. Eyni zamanda bütün dəyişikliklərin və inkişafın, demokratik dəyərlərin bərqərar olunması yolu yalnız seçkilərdən keçməsi anlaşılan gerçəklikdir. Ona görə də seçkilərdən özünü kənar tutmaqla kimlərinsə gəlib bizim yerimizə nəisə dəyişəcəyinə ümid etmək sadəlövlükdür. Bunu dərk edən siyasi qüvvələr seçki marafonuna qoşulub və ciddi mübarizə aparamaq niyyətlərini də ortaya qoyub. Ölkənin aparıcı siyasi partiyaları, o cümələn AMİP sonadaək prosesi aparacaq. Yerdə qalan xırda-para partiyaların seçkilərdə iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək və bu heç hiss olunmayacaq da”.


Müəllif:

Oxşar xəbərlər