Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə, Daşkəsən və Göygöl rayon şöbələri Əli Kərimlini tərk etdiklərini açıqlayıblar.
Hər üç rayon şöbəsinin cəbhəçiləri AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulub.
Gəncədə keçirilən konfransda Göygöl rayon şöbəsinin sədri Vüqar Muxtarov, Daşkəsən şöbəsinin sədri Rövşən Mazanov, Gəncə şöbəsinin sədri Xanmuraz Abbasov seçilib.
Qeyd edək ki, AXCP Etimad Qurultayı oktyabrın 18-də keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti yeni AXCP-yə qurultay keçirmək üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında yer ayırıb.