22 Oktyabr 2015 23:27
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Ağalar Vəliyevin Goranboy rayonunun Buzluq kəndində seçicilərlə görüşü keçirilib.

Namizədin seçki qərargahından verilən məlumata görə, görüşü YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq bildirib ki, Goranboy seçiciləri hər zaman hakim partiyanın siyasətini dəstəkləyib, YAP-ın namizədlərinə etimad göstəriblər: “97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev də rayon ictimaiyyəti tərəfindən yaxşı tanınır. Onun fəaliyyətinin müəyyən məqamları sırf Goranboy rayonunun inkişafına verilən töhvələrlə bağlıdır. Ona görə də ümidvaram ki, rayon ictimaiyyəti YAP-ın namizədi Ağalar Vəliyevə etimad göstərəcək”.
Daha sonra A.Vəliyevin vəkilləri Şahin Allahverdiyev onun tərcümeyi-halını, Məzahir Zeynalov isə IV cü çağırış Milli Məclisdə 11 saylı Qaradağ seçki dairəsini təmsil edərkən gördüyü işlər barədə seçicilərə geniş məlumatı təqdim ediblər.
Görüşdə çıxış edən Buzluq kənd sakinləri Elnur Pirəliyev, Kəmalə Novruzova, Rəşad Ələkbərov və başqaları seçimlərini YAP-ın namizədinin lehinə edəcəklərini –Ağalar Vəliyevə səs verəcəklərini bildiriblər.
YAP tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev isə seçicilər qarşısında çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır: “Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası da bu inkişafda ön sırada dayanır”.
A.Vəliyev YAP tərəfindən növbəti dəfə namizədliyinin irəli sürülməsinin böyük iftixar olduğunu bildirərək seçiləcəyi təqdirdə indiyədək gördüyü işləri bu dairədə də davam etdirəcəyinə, seçicilərin etimadını doğruldacağına söz verib.
Nazmizədin təbliğat-təşviqat kapmaniyası çərçivəsində görüşləri davam edir.


Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir-FOTOlar

Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir-FOTOlar

Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir-FOTOlar

Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir-FOTOlar

Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir-FOTOlar


Müəllif: