Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dekabrın 18-də Rusiyaya səfər edəcək.
Teleqraf.com Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, millət vəkili Rusiya Dövlət Dumasında həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində informasiya, təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.
Səfər dekabrın 20-də başa çatacaq.