Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması səmərəli addım ola bilər.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda brifinqdə deyib.
F.Moqerini əlavə edib ki, Azərbaycanın ÜTT-yə üzv olması səmərəli addım ola bilər, çünki bu, ölkənin iqtisadi inteqrasiyasının dərinləşməsinə gətirib çıxara bilər: “Şübhəsiz ki, bu, ölkə iqtisadiyyatında islahatlar prosesinə öz töhfəsini verəcək”.