16 Mart 2016 11:20
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siyasi partiyaların illik maliyyə hesabatlarını təqdim etməsində irəliləyiş var”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədli deyib.

O bildirib ki, indiyədək maliyyə hesabatını 14 siyasi partiya təqdim edib: “Aprelin 1-dək vaxt var. Düşünürəm ki, bütün siyasi partiyalar maliyyə hesabatlarını təqdim edəcəklər. Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, düsrüst olmalıdır. Fəaliyyətləri barədə cəmiyyətə məlumat verməlidirlər. Siyasi partiyalarla Mərkəzi Seçki Komissiyası arasındakı münasibətlər təkcə seçki məsələsi deyil, biz həm də partiyalardan maliyyə hesabatlarını qəbul edirik. Maliyyə hesabatlarını təqdim etməyən partiyalarla bağlı tədbirlər görüləcək. Bununla bağlı qanunvericilik bazası var”.//report.az


Müəllif:

Oxşar xəbərlər