28 Mart 2016 22:17
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarını alqışlayır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Aİ-nin rəsmi saytında yerləşdirilən rəsmi bayanatda bildrilir.

Bəyanata əsasən, Ali Məhkəmənin İntiqam Əliyevin azadlığa buraxılması barədə qərarı Azərybaycanın daha bir müsbət irəliləyişdir,

Qeyd edək ki, bu gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Məhkəmə İ.Əliyevin barəsində çıxarılmış 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarının dəyişdirilərək ona 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməmiş, İ.Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.


Müəllif:

Oxşar xəbərlər