30 Mart 2016 14:22
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının rayon təşkilatlarında 2016-cı ilin ilk üç ayında 728 üzv qəbul olunub.

Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, İsmayıllı, Oğuz və Şəki rayonlarında Ana Vətən Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

AVP-nin Təşkilat şöbəsinin müdiri Azər Quluzadə tədbirdə çıxışı zamanı partiyanın 25 illik fəaliyyətindən danışıb. O bildirib ki, dövlətə, xalqa xidməti fəaliyyətinin ana xətti qəbul edən Ana Vətən Partiyasının sıraları genişlənməkdə davam edir. AVP üzvlərinin say tərkibinin təxminən 50 faizinin gənclərdən ibarət olduğunu diqqətə çatdıran A.Quluzadə bildirib ki, gənclərə öz bilik və bacarıqlarını ortaya qoymaq üçün lazımi şərait yaradılıb: “Bu ilin üç ayı ərzində partiya sıralarına qoşulanların sayı 728 nəfər təşkil edib. Bu fakt bir daha təsdiq edir ki, AVP ölkəmizin ən böyük və güclü siyasi təşkilatlarından biridir”.

Tədbirin sonunda Ana Vətən Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə İsmayıllı rayonundan 46, Oğuz rayonundan 19, Şəki şəhərindən isə 24 nəfərə partiya vəsiqələri təqdim edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər